| Tiyatro Kursu | Şirket Tiyatrosu | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ana Sayfa | Hakkımızda | Yazılar | Haberler | Yazarlar | Tiyatro Oyunları | Tiyatro Grupları | Sanatçılar | Kaynak | Duyuru Panosu | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azerbaycan Üç Nokta Gazetesi Köşe Yazarı Prod. Dr. Vagıf İbrahimoğlu'ndan Türk Dünyasına Sesleniş Vagıf İbrahimoğlu ZİRVƏLƏRƏ DOĞRU! SƏN, EY SAYĞIDƏYƏR OXUCUM! Zirvələrin insan oğlundan ötrü əhəmiyyəti həm də ondadır ki, uca dağ başından uzaqları maneəsiz görmək olur. Hələ adıbəlli İsaak Nyuton etiraf edərək demişdir: "Mən ona görə çox şeyləri aydın anlaya bilmişdim ki, nəhənglərin çiyinlərində durmuşdum". Ser Nyutonun sözlərinə inanmaq olar, halbuki bunu deməyə də bilərdim. Çox güman ki, xəbərdən xəbərin var, qoy xəbərləri olmayanları xəbərləndirim. İş bu ki, üzümüzə gələn aprel ayında paytaxtımızda rəsmi dillə desək, "türkdilli ölkələrin sammiti", sadə desək, zirvə toplantısı keçiriləcəkdir, inşallah. Bu toplantıya Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, habelə Rusiya Federasiyasının bəzi subyektləri qatılacaq ki, hazırda diplomatik kanallarda hazırlıq işləri aparılmaqdadır. Çox güman ki, gözlənilən zirvə toplantısında aparıcı mövzu QLOBAL BÖHRAN məsələsi olacaqdır: bu son dərəcə aktual problemin həllindən yüz milyonlarca insanın rifahı asılıdır. Odur ki, heç şübhəsiz, türkdilli ölkələrin dövlət rəhbərləri olduqca ciddi və məsuliyyətli söhbətə hazır bulunmaqdadırlar. Bəndəniz də sənətçi xəyalının qanadlarında Zirvənin başına uçub da oralardan ətrafına şöylə bir nəzər salır və... Və yenə də gözünə illərcə həllini bulmayan LOKAL BÖHRAN görünür. Düzdür, ey sayğıdəyər oxucum, mən yenə də "türkdilli ölkələrin teatr məkanının" əlaqəsizliyindən, parçalanmış halda olmasından giley-güzar etməyə hazırlaşıram. Dəsmalımı çıxarıb da göz yaşımı tökməyə macal tapmamış məmurlarımızın zabitəli səsini eşidirəm: "Ey, dili-qafil! Dünyada tüğyan edən böhrandan bixəbərmisən? Dünya maliyyə-kredit sisteminin böyrü üstə çökməsini görmürmüsən? Həm də, hansı "lokal böhran"dan dəm vurursan naşükürcəsinə? Bəs, TÜRKSOYun geniş fəaliyyəti? Bəs, "Novruz" Teatr festivalı ki, cəmi türkdilli ölkələrin teatrları orada buluşur-görüşür? Abrını ətəyinə bük, yava-yava qonuşma, sənətkar!" Əski sovet tərbiyəmə görə bu yerdə "ləbbeyk!" deyib də susmalıyam. Amma və lakin böhranlı durumda olduğumdan yumşaq səslə etiraz edirəm. Deyirəm: - festivallara görə çox sağ olun, şənliklərin əhəmiyyətini danmaq insafsızlıqdır, amma və lakin mən teatrlarımızın fundamental əsaslar üzərində qurulmuş işbirliyindən danışıram. Örnək olsun "Avropa Teatrı" adlı təsisatlı birlik; - TÜRKSOYun fəaliyyəti hər cürə təqdirə layiqdir, işləri göz önündədir; amma və lakin "türkdilli ölkələrin teatr sistemi" özü-özlüyündə beynəlxalq, uluslararası miqyaslı təşkilata dönmək potensialına malikdir; - o ki qaldı iqtisadi böhrana... Necə olur ki, Rusiya Federasiyasında bu il də Çexov adına MXAT-ın nəzdindəki V.İ.Nemiroviç-Dançenko adına Teatr İnstitutunun Vs. Meyerhold Mərkəzi ilə birlikdə təsis etdikləri Ali Rejissor Kurslarına (Magistraturaya) postsovet məkanından öyrəncilər qəbul edilir? Necə olur ki, Azərbaycandan, Belarusdan, Qırğızıstandan və (dövlətlərarası münasibətləri, yumşaq desək, "sərin" olan) Ukrayna və Litvadan istedadlı gənclərə iki illik ödənişsiz (!) təhsil, ödənişsiz (!!) kommunal şərait, ödənişsiz (!!!) nahar, güzəştli nəqliyyat imkanları yaradılır? Necə olur ki, cəmi 6 (altı!) nəfərə Moskvanın ən ünlü teatr mütəxəssisləri canla-başla dərs deyə bilir?! Hələ üstəlik hər ay adambaşı hərəsinə 50 (əlli) dollar cibxərcliyi də verir ruslar... Bu yerdə qeyrət məni boğur və mən müvafiq (yəni: boğuq...) səslə, amma və lakin ümid dolu intonasiyalarla deyirəm: - olmazmı ki, QLOBAL BÖHRANla uğraşan "türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı"nda LOKAL BÖHRANlardan biri həll edilsin?!! Bundan ötrü çox şey lazım deyil: yetər ki, dövlət başçıları "Türkdilli ölkələrin Teatr Mərkəzi"nin yaradılması haqqında qərar qəbul etsinlər. Sonrası sənətçilərin və məmurların boynuna! **** Nəhənglərin çiynində durub da hər şeyi aydın gördükdə bir anlıq özünün də o qədər də cılız olmadığını görməkdən qürur duymağa başlayırsan, halbuki bunu deməyə də bilərdim... Vaqif İBRAHİMOĞLU (Prof Dr.) Azerbaycan YUĞ Devlet Tiyatrosu Baş rejısörü Tiyatro Dünyası - Sizden Gelenler Paylaş Tweet |
Tiyatro Kursu Başlıyor! 19 Kasım'dan itibaren her SALI Kadıköy'de! Çalışanlara yönelik hobi sınıfı! Duyuru Panosu!
Son Eklenen Tiyatro Oyunları
Güncel Yazılar
Yazar olmak ister misiniz? Yazar olarak tiyatrodunyasi.com ailesine katılmak, yazılarınızı yüzbinlerce tiyatroseverle paylaşmak isterseniz tiyatrodunyasi@tiyatrodunyasi.com adresine mail gönderebilirsiniz...
Güncel Haberler
Tiyatro Dünyası'nı takip Edin | .. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|