| Tiyatro Kursu | Şirket Tiyatrosu | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ana Sayfa | Hakkımızda | Yazılar | Haberler | Yazarlar | Tiyatro Oyunları | Tiyatro Grupları | Sanatçılar | Kaynak | Duyuru Panosu | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsildə Teatr Sənətindən İstifadə Etmənin Əhəmiyyəti Rasim Aşın Təhsil insanın anadan olduğu gündən başlayaraq davam edən, inkişafda olan, onu formalaşdıran prosesdir. İnsanın qabiliyyətinin inkişafına, həyata fəal müdaxiləsinə kömək göstərir. Dəyişən sosial şərtlərlə birlikdə təhsil anlayışı da dəyişir və bu inkişafla uyğunlaşdığı qədər ictimai həyatda da praktiki dəyər qazanır. Təhsil sistemimizin və ailə içində mövcud olan avtoritar rejimin günümüzün şərtlərinə uyğun olaraq yenidən nəzərdən keçirilməsi, əzbərləyən, sorğu-sualsız qəbul edənin yerinə düşünən və araşdı-ran, iştirakçı kimliyi olan fərdlərin yetişdirilməsi, daha sağlam cəmiyyətlərə gedən yolu qısaldacaqdır. Təlim sisteminin başlıcalarından biri yaradıcı fəaliyyətlərin optimal nisbətlə-rinin gözlənilməsidir. Yaradıcı fəaliyyətin inkişafı üçün şəraiti tənzimləmək bütün orta ümumtəhsil fənlərinin tədrisində mühüm vəzifə olmaqla yanaşı, hər bir fənnin tədrisinin səmərəliliyinin artırılması da bu problemin həllindən asılıdır. Həmin problemi yalnız bir fənnin tədrisi ilə bağlamağa cəhd göstərənlər yanılırlar. Təlimin nəzəriyyəsi və praktikası ilə bağlı elə bir problem, məsələ, vəzifə yoxdur ki, onu şagirdlərin yaradıcı fəaliyyətlərinin vahidin tərəfi kimi asılılıq və əkslik münasibətlərini gözləmədən həll etmək mümkün olsun. Belə münasibət əslində hafizə və təfəkkür prosesləri üçün səciyyəvidir. Digər arqumentlərlə (başlıcalarla) yanaşı yaradıcı məntiqlərin səmərəli seçimindən asılı olaraq “imkan–hərəkət-yeni keyfiyyət” dəyişməsi, başqa sözlə, yeninin mənimsənilməsi üçün zəruri sayılan bilik və fəaliyyət üsullarının aktuallaşması, yeninin aşkara çıxarılması və onun şagirdin keçmiş təcrübəsinə daxil olması reallaşır. Bu gün Azərbaycanda cəmiyyət həyatının bütün sahələri iti sürətdə inkişaf edir. Ölkəmiz iqtisadi inkişaf baxımından regionun bir çox dövlətlərinə nümunə göstərilir. Sosial həyatda uğurlarımız bir-birini əvəz etdikcə beynəlxalq təşkilatlar Azərbaycan haqqında daha böyük ümidlə danışır və daha böyük hesabatlarda adımız müsbət istiqamətdə çəkilir. Yəni, inkişafımız hərtərəflidir. Ancaq bir pedaqoq rejissor kimi məni ən çox məmnun edən məsələlərdən biri təhsil sahəsində əldə edilən tərəqqidir. Bunu mən Bakı Slavyan Universiteti ve Azerbaycan Diller Universiteti ile Qafqaz Türk Qimnaziyası və T.C. Təhsil Nazirliyi Türk Anadolu Litseyində müəllim fealiyyətim sırasında tanıdığım müəllim və tələbələrimin timsalında görürəm. Əvvəlcədən qeyd edim ki, ölkədəki orta təhsil və universitet müəssisələrinin əksəriyyətində artıq təhsilin vəziyyəti arzu olunan seviyyəyə gəlir.. Təhsildə teatr çərçivəsində aparılan tədqiqatlarda mövcud təhsil sistəminə tabə olan təhsil verənin avtoritar bir sistemdən gəldiyi düşünülərsə, təhsildə teatr sənətinin ifadə vəsitələri və tədqiqatları qarşılıqlı təsirlərlə, kəşflərlə müşahidə olunan, dövrümüzdə inkişafda olan bir prosesin həbərcisi olacaqdır. Hər iki tərəfin də güzəştə getməsi, səbrə, özünü tənqidə hazır olması çalışmanın məqsədinə çatmasına təsir göstərə bilər. Məktəbi təkcə müəllimlərin və ya təhsil işçilərinin ümidinə qoymaq olmaz. Təhsildə tərəqqiyə nail olmaq üçün valideynlərdən başqa sənət adamlarının da təhsil qurumları ilə sıx əlaqə saxlaması təmin edilməlidir. Bizim uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyaya yiyelenmelidirler. Azərbaycan cəmiyyətinin önəm verdiyi vəzifələrdən biri böyüyən gənc nəslin tərbiyə olunmasını və inkişafını özündə ehtiva edən təhsillənmə işinə əlverişli şərait yaratmaqdır. Ölkəmizdə hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlətimiz pulsuz, icbari, ümumi orta və ali təhsili təmin edir. Dövlət tərəfindən həmin sahəyə diqqət və qayğı günü-gündən artmaqdadır. Bu zərurəti Azərbaycanın sonrakı taleyi onun varlığının və müstəqillitinin qorunması, informasiyalı demokratik və texnokra-tik inkişaf sivilizasiyasına qədim mədəniyyəti və tarixi dəyərləri ilə qovuşması, ölkədə azad vətəndaş cəmiyyətinin yaradılması strategiyası şərtləndirir. Cəmiyyətin informasiyalılığını göstərən başlıca amillərdən biri onun vətəndaşlarının ümumtəhsil səviyyəsidir. Öz funksiyalarını yerinə yetirmək, xüsusən də azad vətəndaşın tərbiyə olunması baxımından Azərbaycandakı təhsilin uğurlarını möhkəmlətmək, orta ümumi təhsilin yüksək səviyyəsinə nail olmaq üçün «Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı» həyata keçirilir. Təhsildə teatr proqramının qəbul edilməsi təhsil problemlərinin həmişə yaşar təbiətə malik olması ilə bağlıdır. Azərbaycan təhsil sisteminin mühüm hissəsi olan ümumtəhsil məktəblərində şagirdlərin tərbiyələndirilməsini və inkşafını vahidin tərəfi kimi özündə saxlayan və səmərəliliyi təcrübə sınağından çıxmış təhsilvermə (təhsilləndirmə) formala-rından ən əsası müəllimin rəhbərliyi altında onların təlim fəaliyyətinin idarə olunmasıdır. Məktəbdə «təhsildə teatr çalışmaları»na ilk başladığım vaxtlarda uşaqlar bir-biri ilə yarışaraq, müğənniləri təqlid edərək ayaqlarını yerə vura-vura, qışqıra-qışqıra şeir söyləməyə, televiziyada baxdıqları bayağı, gülməli təqlidlərdən, göbək atmağa qədər bütün bacarıqlarını canla-başla göstərirdi-lər. Əvvəlcə bu sərbəstliyi təmin etdim, daha sonra onları doğru və təsirli saydığım teatr çalışmalarına yönləndirirdim. Səbrlə.. Şagird və tələbələr əvvəlcə «təhsildə teatr» ifadəsini eşitdikdə bəziləri vərdiş edilmiş şəkildə müsamirə ediləcəyini, bəziləri də televiziyada gördüyü komediyaları və müğənniləri yamsılayaraq bir səhnə hazırlanacağını düşünürdü. Hətta məktəbin-universitetin rəhbəri və müəllimləri də belə hesab edir və mənə bu yöndə tövsiyələr verərək daha asan olacağını, indiyə qədər də həmişə belə edildiyini və uğurlu alındığını bildirərək sanki təhsil proseslərinə burnumu soxduğum üçün bir teatr sənətçisinin pedaqogika sahəsinə müdaxiləsinin gərəksizliyini (!) vurğulayırdılar. Halbuki teatr vasitəsi ilə təhsil və tədris prosesini daha təsirli-uğurlu edə biləcəklərini rəhbər və müəllimlərin bəri başdan bilməsi gərəkdir. Mövzunun işlənmə dərəcəsi kimi Cənubi Amerikalı teatr adamı Aqustin Boalın (Augusto Boal) öz ölkəsindəki geniş xalq kütlələrinə xitab edən məşhur çalışmaları teatr vasitəsi ilə təhsildə teatr çalışmaları günümüz-də də bu sahənin işləyənlərinə həm uşaqların-gençlərin dünyasını kəşf etmə, həm də onların yaşadıqları dünyanı yaxşı araşdırmaq üçün tənqidi baxış qazanmalarını təmin etmədə ( müəllimlərə ) yol göstərir. Son illərdə pedaqogika alimləri və teatr sənətçiləri ciddi tədqiqatlar aparmaq-dadırlar və teatrın digər sənətlərdən daha təsirli olduğu sübut edilmişdir. Bəzi Avropa ölkələrindəki təhsil modellərinin teatr yolu ilə daha fəallaşdığı görülsə də bizdə pilot tətbiq etmələr 2002-ci ildən etibarən bəzi universitet və teatr alimlərinin dəstəyi və iştirakı ilə mən tərəfdən başladılmışdır. Təlim texnologiyalarının nəzəriyyə və praktikasının işlənilməsi heç vaxt peda-qoqların diqqətindən kənarda qalmamışdır. Lakin həmin istiqamətdə aparılan tədqi-qatlar üçün də şagirdlərin yaradıcı fəaliyyətləri arasındakı asılılıq və əkslik münasi-bətlərindən yan keçmək halı xarakterikdir. Lakin yaradıcı fəaliyyətlərin optimal münasibətlərinin tənzimlənməsi yolları kimi fərqləndirilən altsistemlərin (təlim sisteminin ehtiva etdiyi) təlim texnologiyalarının işlənməsi və tətbiqi ilə bağlı təkmilləşdirmə və uzlaşdırmanın optimal variantlarının axtarışına yönələn tədqiqat işləri yoxdur. Şagird və tələbələrin yaradıcı fəaliyyətlərinin optimal təşkili təlim fəaliyyətinin idarəolunması sisteminin struktur hissəsidir. Bu fəaliyyət növləri-nin optimal münasi-bətlərinin əsasları təlim sisteminin təbiəti ilə onların (yaradıcı məntiqlərinin) xüsusiyyətlərinin qarşılıqlı asılılığında öz ifadəsini tapır. Təlim prosesində yaradıcı fəaliyyətlərin optimal münasibətlərinin əsaslarının müəyyənləşdirilməsi təlim sisteminin təbiətinin açıqlanmasına adekvatdır. O özündə məhz həmin münasi-bətləri ehtiva edir. Yuxarıda göstərilənlər şagirdlərin yaradıcı fəaliyyətlərinin optimal münasi-bətlərini özündə birləşdirən təlim sisteminin təbiətinin (fəlsəfi-metodoloji, psixodidaktik əsaslarının, ünsürləri arasındakı invariant asılılıqların, imkan daşıyıcılarının xüsusiyyətlərinin və funksiyalarının) müəyyənləşdirilməsinin pedaqogika elmi qarşısında duran aktual problemlərdən biri olduğunu söyləmə-yə əsas verir. Bu problemin tədqiqinin həm çox ciddi elmi-nəzəri, həm də praktik əhəmiyyəti vardır. Buna görə də tədqiqatımızın obyekti həmin problemin həllinə yönəlmişdir. Respublika ərazisində yerləşən ümumtəhsil məktəbləri və üniversitetlərdə təhsil və təlimin kəmiyyət və keyfiyyəti üçün müəllim və şagidr-tələbələrin teatr sənətinin ifadə vasitələrindən tam səmərəli istifadə edilməsi, fəaliyyətlərin optimal münasibətlərinin təlim zamanı qurulması prosesidir. Təlim prosesində şagird və tələbələrə dərs demə metod və sistəmi kimi teatr sənətinin ifadə vasitələrindən ən səmərəli şəkildə müəllimlərin istifadə edəbilmə-sinin əhəmmiyəti, sistemliliyinin və optimal münasibətlərinin əsaslarını pedaqoji aspektdən öyrənilməsi tədqiqatın predmetidir. Təhsildə teatr sənətinin ifadə vasitələrindən necə istifadə etmə və teatr sənətinin ifadə vasitələrinin təhsilə tətbiqi və dərs demə fəaliyyətlərinin optimal münasibətlə-rini özündə ehtiva edən təlim sistemi nəzəriyyəsini işləməkdən ibarətdir. Müəllim və şaqird-tələbənin dərslərdə daha aktif olabiləcəkləri bir sistəmi müfəssəl açıklamaq tədqiqatın məqsədi və vəzifələrinden ən esasdır. Müəllimlərə “Təhildə Teatr və Uşaq Teatrı” adlanan kitabımda da dediyim kimi: “Məktəb və üniversitetlərdəki teatr çalışmalarında məqsədim şagird və tələbələrə «o yaxşıdır, bu pisdir» kimi, misalları eşidə-eşidə vərdiş etdikləri qəlibləri öyrətməyi, ya da müsamərələrdən adətkar olduqları işi boş, səmimiyətsiz «Vətən, Millət, Savaş-Barış» ədəbiyyatı yaratmaq, ya da onları bayağı media zarafatları ilə əyləndirmək deyil. (1) Yeganə məqsədim şagird və tələbələri tanımaq, səmimi olmalarını təmin etmək, səslərinə qulaq vermək və onlarla dialoqa girməkdir. Onların özlərini necə ifadə edəcəklə-rini izləmək üçün, duyğularını, düşüncələrini dilə gətirə biləcəklərinə uyğun bir şərait yaradaraq, sərbəst düşünce sahibi olmalarını təmin edərək, orijinal ifadə qabiliyyətlərini üzə çıxarıb heç gözləmədikləri səmimi, mülayim bir şəraitə çəkərək çox qısa vaxtda bədahətən söyləmə çalışmaları ilə bir uyum (harmoniya) yaratmalarını təmin etməyə cəhd göstərirəm.” həmin fikrimdə qalıram. 1960-cı ildən etibarən təhsildə uşaq teatrının məqsədi uşağın müstəqilliyinə və cəmiyyətdə bir şəxsiyyət olaraq qəbul edilməsinə yardımçı olmaqdır. Bununla yanaşı, uşaqları ancaq əyləndirməyi məqsədləyən pyeslər də bu günə qədər mövcudluğunu saxlamışdır. Bu yanaşmaları yetərli saymayan bir çox pedaqoq və teatr adamları yeni-yeni nəzəriyyələr, modellər yaradaraq öz teatrlarını qurmağa və «Yeni Teatr» yaratma cəhdlərini davam etdirməyə çalışırlar. Belə çalışmalardan biri də mənə məxsusdur. Türkiyədə başladığım teatr çalışmalarını Azərbaycanda teatr rejissorluğu sahəsindəki akademik təhsilimlə paralel davam etdirdim. «Psixosoft teatr poetikası və konsepsiyası» çalışmaları teatrşünas, aktyor, rejissor, pedaqoq, professor Vaqif İbrahimoğlunun doktrinləri ilə «21-ci Əsrdə Türk Teatrı» modeli içində «Yeni Uşaq Teatrı» yaratma-formalaşdırma çalışmalarım ilk meyvələrini verməyə başladı. Təlimdə teatr sənətinin ifadə vasitələrindən istifadə və fəaliyyətlərin optimal münasibətlərinin əsaslarının gözlənilməsi onun səmərəliliyinin yüksəldilməsi tədqi-qatın əsas faktları və mühüm amillərdən biridir Təhsildə teatr çalışmaları ilə şagird və tələbələr həyatlarında bəlkə, ilk dəfə əhəmiyyət kəsb etdiklərini, ciddiyə alındıqlarının fərqinə vararaq onlara verilmiş bu imkandan dörd əllə yapışacaqlar. Çalışmalar zamanı ortaya çıxan çətinliklər, əlbəttə, mövcuddur. Altı, yeddi, səkkiz yaşda olanlarla dialoqa girmək böyüklərlə müqayisədə daha asandır. Amma intizamı təmin etmək, dərs dinləməyin, dərsə iştirak etməyə cəlb etmək, piyes oynamağın qaydalarını da göstərmək əvvəlcə heç də asan olmur. Bunun əksinə piyesin qaydalarına daha tez alışan böyüklər özlərini sərbəst şəkildə ifadə etməkdə tez-tez çətinlik çəkirlər. Belə olan vəziyyətdə şagird və tələbələri qruplara ayırıb, hər qrupun öz iç dinamikliyini təmin etmək gərəkdir. Şübhəsiz, çalışmaların getdiyi bölgə və iştirak edən şagirdlərin yaş psixologiyasına görə qarşıya çıxan problemlər də, davamlı şəkildə dəyişir. Müxtəlif bölgələrdəki məktəblərdə uşaqların inamını qazanmaq, onların orijinal ifa qabiliyyətlərini üzə çıxarmaq heç də asan deyildir. Çalışmalarda inanılmaz bir səbr, davamlılıq və intizam lazımdır. Amma bölgədən-bölgəyə dəyişən problemlərə baxmayaraq, ortaq olan cəhət şagird və tələbələri ciddiyə alındıqlarını, əhəmiyyət verildiklərini çox qısa vaxtda başa düşmələri təhsildə teatrın uğurlarındandır. Tədqiqatın məqsədindən irəli gələn aşagıdakı vəzifələr müəyyənləşdirilmişdir: - tədqiqatın nəticələrinin kütləvi tətbiqinə nail olmaq, pedaqoji nəzəriyyənin və praktikanın daha da zənginləşməsinə yönələn təkliflər vermək; - “imkan-hərəkət-yeni keyfiyyət” dəyişməsi, variantlarının seçilməsi şərtlərini müəyyənləş-dirmək; - problemlə bağlı müvafiq teatr sənəti, fəlsəfi, psixoloji, pedaqoji ədəbiyyatı mövcud təcrübəni öyrənməklə individual fəaliyyətlərin optimal münasi-bətlərini özündə ehtiva edən təlim sistemi nəzəriyyəsinin işlənilməsində istinad oluna biləcək fikir və mülahizələri ayırd etmək; - yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə birləşdirən teatr sənətinin ifadə vasitələri ilə təhsil və təlim sisteminin fəlsəfi-metodoloji, psixo-didaktik əsaslarını müəyyən-ləşdirmək; - qeyd olunan təlim sisteminin altsistemlərini - yaradıcı fəaliyyətlərin optimal münasibətlərinin nizam-lanması yollarını aşkara çıxarmaq və onların başlıca xüsusiyyətlərini açmaq; - Yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ahtiva edən təlim sistemində müstəqil işlərinin seçilməsi və tətbiq olunması ilə bağlı əsas tələbləri müəyyən etmək; - yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə birləşdirən teatr sənəti ilə təlim sisteminin təbiətinin açılmasının elmi-nəzəri və əməli əhəmiyyətini müəyyənləşdirmək və əldə olunan-ları ümumiləşdirmək. «Təhsildə teatr» dairəsində edilənlərə bir növ K.S. Stanislavski, B. Brext və A. Boal poetikalarının sintezi, tədqiqatın metodoloji əsası və metodikası deyilə bilər. Bunlara əlavə olaraq da 1999-cu ildən etibarən də Azərbaycan «Yuğ» Dövlət Teatrının yaradıcısı və pedaqoq-rejissor, dossent, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun «Psixosoft teatr poetikası»nın prinsiplərini də tətbiq etdikdə çalışmalarımın daha məhsuldar olmağa başladığını müşahidə etdim. «Təhsildə teatr» çalışmalarımızın ilk mərhələsində Stanislavski metoduna əsaslanaraq yaradılan «yeni gerçəklik» (təklif olunan vəziyyətdə olma halı) içində şaqird və tələbə iştirakçının özünü başqalarının yerinə qoymasını təmin etmək, həssaslığını artırmaq, beləliklə, ətrafına, cəmiyyətə, gündəlik həyatına müxtəlif nöqtələrdən çox yönlü baxma fürsəti vermək, ikinci mərhələdə Brextdən yararla-naraq hadisələri sentimentallığa qapılmadan araya məsafə qoyaraq bütün çılpaqlığı ilə araşdırmaq və dəyərləndirmək, nəhayət, A. Boalın metodunda olduğu kimi dəyərləndirdiyi, araşdırdığı hadisənin-oyunun içində yer alaraq həqiqi həyatda edə biləcəklərini tapmasını, öz yaşamları ilə bağlı təcrübə qazanmalarını təmin etməkdir. Son olaraq da Vaqif İbrahimoğlunun «Psixosoft teatr poetikası»nda təklif edilən çalışmadakı vəziyyətə uşaqların qapılıb, aludə olmalarının dərəcəsini azaltmaq, edilənlərin öyrətmə-təcrübə qazanma məqsədli çalışma olduğunu xatırlatmaq, yaxşı, ya da pis olanı pyes vasitəsilə gerçəkləşdirərkən ürəyinə salmamaları gərəyini, edilənlərin paradiqmadan gəldiyini, arxatipik xüsusiyyətlərin əks olunduğu gerçəyin fərqliliyini nəzərdən qaçırmamaqdır. Bu metodun daha yaxşı başa düşülməsi və tətbiqi üçün Ziqmund Freyd və Karl Qustav Yunqun psixoloji məsləhətləri haqqında informasiyanın lazımlığını xatırladıram, təhsildə teatr mütəxəssisləri və müəllimlərinə Bunlardan başqa, təhsil psixologiyasına dair qaynaqların araşdırılmasında da fayda var təbiiki.. Teatr vasitəsilə öz ölkəsindəki geniş xalq kütlələrinə xitab edən məşhur Cənubi Amerikalı teatr adamı Aqustin Boalın (Augusto Boal) çalışmaları təhsil-də teatr çalışmalarının nəzəri əsasını təşkil edir. A.Boalın teatr çalışmalarının məqsədi həm uşaqların-gençlərin dünyasını kəşf etmək, həm də onların yaşadıq-ları dünyanı yaxşı araşdırmaq üçün tənqidi baxış qazanmalarını təmin etməkdir. A. Boalın, İnci Sanın, Zehra İpşiroğlunun, Tülay Üstündağın, Nurhan Öktemin, H. Ömər Adıgüzəlin, Selahattin Dikmenin və Azərbaycan pedaqoqlarından Ə.Ə. Əlizadənin, Vaqif İbrahimoğlunun, Səlahatdin-in Xelilovun, F. İbrahimovun, M. Əlizadənin, B.A. Əhmədovun, Z.İ. Qaralovun, Ə.X. Paşayevin təlim prosesinin qanunauyğunluqlarına və idarə olunmasının təkmilləşdirilməsinə dair ümumiləşmə-ləri tədqiqatın Pedaqoji əsas kimi qəbul edilə bilər. Təhsildə teatr sənətinin ifadə vasitələrinin sistemli təhlilini A. Boal ideyası, J. Huzinga, Özdemir Nutku, Zehra İpşiroğlu, C.G.Yung, Sigmund Freud, K.S. Stanislavski, Üstün Dökmen, İsmail Hakkı Baltacıoğlu, Anton Artoud, Bertold Brecht, İnci San, Tülay Üstündağ, Tamer Levənt, Ə. Əlizadə, Vaqif İbrahimoğlu, kimi pedaqoq, psikoloq və teatr sənətçilərinin fealiyyətlərinin nəticələri, təhsildə teatr sənəti ilə təhsil və təlimin inkişafını fəaliyyətin nəticəsi kimi qəbul edən konsepsiyaları və çalışmamızın fəlsəfi metodoloji əsaslarını dialektik metod və idrak nəzəriyyəsini təşkil edir, C.G. Yung, S.Freud, Ə.Ə. Əlizadə, Engin Geçtan, Doğan Cücenoğlu, Atalay Yörükoğlu, Muxtar Həmzəyev, Ö. Demirel, Esed Yağcı, İ.E. Başaran, Ə.Ə. Qədirov, E.M. Qədirov, O.K. Tixomirov, V.N. Puşkin, və Erik Erikson kimi alimlərin fəaliyyətlərinin mənimsənilməsinə, anlayışın formalaşmasına, idrak müstəqilliyinin və fəallığının şəxsiyyətin inkişafına təsirinə, təfəkkürün qanuna uyğunluqları psixoloji əsaslar olaraq adlandırıla bilər.. Şagird və tələbələrlə aparılan çalışmalarda proses aşağıdakı şəkildə gedir: A- müzakirə, B- bədahətən əhvalat qurma, C - təkrar müzakirə. Görüldüyü üzrə proses inkişaf edən bir xətt üzrə getməkdədir. Əhvalat qurmazdan əvvəl aparılan müzakirələr problemin müəyyənləşdirilməsi, həqiqət-lərin meydana çıxarılması və sorğulamanı hədəfləməkdədir. Bədahətən əhvalat qurmalar isə həyata bir daha baxmağa və alternativin ortaya qoyulmasına yönəldilmişdir. Tədqiqatın həyata keçirilməsində təcrübi, nəzəri səviyyəli elmi metodlarından istifadə olunmuşdur. Bu proses bir neçə mərhələdən keçmişdir. Birinci mərhələdə respublikamızın Bakı Slavyan Univərsitəsi və Azərbaycan Dillər Universitetlərində ayrıca Qafqaz Türk Litseyində və T.C. Türk Anadolu Litseyi ilə Türk İlköğretim Okulunda, müxtəlif hazırlıq səviyyəsinə və pedaqoji ustalığa malik müəllimlərin işi təlim prosesində şagirdlərin yaradıcı fəaliyyətlərə cəlb olunması baxımından öyrənilmiş, toplanmış faktların təhlili aparılaraq ümumi-ləşdirilmişdir. Müəyyənləşdirilmişdir ki, fəaliyyəti müşahidə olunan müəllimlərin əksəriyyəti təlimin idarə edilməsində (əsas arqumentə) şagird və tələbələrin yaradıcı, öğrənməyə istəkli və qərarlı olmaları gərəkliliğinə, yaradıcı fəaliyyətlərinin optimal münasibət-lərdə təşkilinə lazımi diqqət yetirmirlər. Müəllimlər məsələnin nəzəri əsasları və həyata keçirilməsi yolları barədə az məlumatlıdırlar, metodik sistemin mühüm komponentlərinin dialektik əlaqəsini, uzlaşmasını idarəetmənin əsasına gətirməkdə çətinlik çəkirlər. Bu mərhələdə dissertasiyada nəzərdən keçirilən problem baxımından teatr, fəlsəfi, psixoloji və pedaoji ədəbiyyat təhlil edilmiş, ümumiləşmələr aparılmışdır. Müəyyənləşdirilmişdir ki, problemin digər pedaqoji aspektli məsələlər sistemin-də element kimi kifayət qədər öyrənilməməsi, tədqiq edilməməsi praktik işçilərin fəaliyyətində metodik yanılmalara səbəb olur. Tədqiqat işinin bu mərhələsi təlim prosesində şagirdlərin yaradıcı fəaliyyətlə-rinin optimal münasibətlərinin əsaslarının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları da özündə ehtiva edir. Problemlə bağlı bir çox məsələlər ixtisasartırma kurslarının müdavimlərinin, müxtəlif müşavirə, konfrans, toplantı və s. işgüzar tədbirlərin iştirakçılarının müzakirə obyektinə çevrilməsi planlaşdı-rılmışdır. Eksperimentin səmərəli şəkildə həyata keçirilməsinə kömək göstərə biləcək metodika hazırlanarkən şagird və tələbənin dərsə davamlılığı və dərsdə iştirak forması, yazı işlərinin və imtahanların nəticələri əsas götürülmüşdür. Tədqiqatın ikinci mərhələsində ikinci və üçüncü dövr eksperimentin nəticələri təhlil olunmuşdur. Aydınlaşmışdır ki, şagirdlərin yaradıcı fəaliyyətlə-rinin optimal münasibətlərinin əsaslarının gözlənilməsi təlimin keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Üçüncü mərhələdə tədqiqatdan əldə olunmuş ümumiləşmələrin interpreta-siyası verilmiş və nəticələr sistemə salınmışdır. Tədqiqat 1998-ci ildən başlayaraq qarşıya qoyulmuş məqsəd və vəzifələrə, işlənilmiş metodikaya uyğun aparılmış, Türkiyə və Azərbaycanda 2 məktəb 2 universitet üzrə 4 müəllim eksperimentlərdə fəal iştirak etmişdir. Tədqiqatda təlim prosesinə sistem kimi baxılmışdır. Bu yanaşma ilə təhsildə teatr ilə yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sistemi-nin təbiəti (fəlsəfi-metodoloji, məntiqi-psixoloji, didaktik əsasları, hərəkət-verici qüvvələri, altsistemlərinin, imkan daşıyıcılarının xüsusiyyətləri və s.) açılmış, beləliklə də, pedaqogikada ilk dəfə olaraq təhsildə teatr ilə yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə birləşdirən təhsildə teatr sənəti ilə təlim sistemi nəzəriyyəsi yaradılmışdır. Təlim sistemində yaradıcı, təhsildə teatr fəaliyyətlərinin optimal münasibətlərinin tənzimlənməsi yolları altsistemlər kimi verilmiş, bu sistemdə dəyişmələri sürətləndirən layihə variantlarının hazırlanma-sının və tətbiqinin ümumi istiqaməti öz əksini tapmışdır. Sistem təhlili əsasında komponentlər imkan daşıyıcıları kimi interpretasiya olunmaqla onların təbiə-tinə aydınlıq gətirilmiş və sistemləşdirilmişdir. Müstəqil işlə qeyri-müstəqil işin yaradıcı, təhsildə teatr fəaliyyətlərinin optimal münasibətlərini özündə ehtiva edən təlim sistemində vahidin tərəfləri kimi çıxış etdiyi sübut yetirilmiş və müstəqil işlərin daha optimal sistemi müəyyənləşdirilmişdir. Tədqiqatla bağlı əldə olunmuş elmi yeniliklər onun həm nəzəri, həm də praktik əhəmiyyətini təsdiqləyən arqumentlərdir. Təhsildə teatr sənətinin ifadə vasitələri müəllimlərin və tələbələrin dərslərdə daha aktif olmasına şərait yaradır. Sistem təhlili ideyasının pedaqoji tədqiqata tətbiq edilməsi nəzəriyyədə özünə yer tapmış birtərəfli təlim konsepsiyalarının aradan qaldırılmasına əsas yaradır. Beləliklə, pedaqoji biliklər sistemi gerçəyə daha adekvat olmaqla zənginləşir. Təhsilin bütün səviyyələrini əhatə edən innovasiyalara (layihələrə, texnologiyalara və s.) yer verilməsi, açıq və mükəmməl sistemin təbiətinin müəyyənləşdirilməsi Teatr, alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təhsildə teatr sənətinin ifadə vasitələri ilə təhsil-təlim sistemi nəzəriyyəsinin işlənməsi imkan verir ki, müxtəlif fənlərin tədrisinin teatr sənəti ilə səmərəli sistemləri formalaşdırılsın. Təhsildə teatr sənətinin ifadə vasitələri yaradıcı məntiqlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sisteminin təbiətinin açılması onun idarə olunması işini praktik baxımdan asanlaşdırır; - Müxtəlif təlim texnologiyalarından və layihələrindən koordinasiya olunmuş şəkildə istifadə edilməsi üzrə işin səmərəli yollarının müəyyənləşdirilməsi müəllimlərin nəzəri və metodik səviyyəsini yüksəl-dir, pedaqoji ustalığını artırır; -Tədris vasitələrinin və dərsliklərin təkmilləşdi-rilməsi, pedaqoji kadrların hazırlanması (həm də yenidən hazırlanması və təkmilləşdirilməsi) məqsədi ilə tədqiqatın nəticələrindən faydalanmaq gibi xususiyyətlər tədqiqatin praktik əhəmiyyətini təşkil edir. Təhsildə teatr sənətinin ifadə vasitələri və fəaliyyətlərin idarə edilməsi yolları yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sistemi-nin təbiətindən asılı olaraq onun komponentləri özünəməxsus xassələrini təzahür etdirir; - Teatr fəaliyyətin optimal münasibətlərinin gözlənilməsi təlim prosesinin idarə olunmasının əsas arqumentlərindəndir; - mədəniyyətin dərk olunması, qorunması, inkişaf etdirilməsi təcrübəsinin mənimsənilməsinə adekvat olaraq təlim prosesi altsistem-lərə ayrılmalıdır və bu altsistemlər təlimdə təhsildə teatr sənətinin ifadə vasitələri və fəaliyyətlərinin idarə edilməsi yolları kimi nəzərdən keçirilməlidir; - təlim prosesinə sistem təhlili yanaşması onun mahiyyətinə daha dərindən nüfuz etməyə imkan verir; - teatr, yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sistemi fəlsəfi-metodoloji, məntiqi-psixoloji, didaktik əsaslarla səciyyələnir; - təlim layihələri “imkan-hərəkət-yeni keyfiyyət” formulu ilə mənalanır və bunlar təlim sisteminin emercent xassələrinə, altsistemlərin əksliyinə və asılılı-ğına müvafiq gəldikdə səmərəli nəticələr verir; - təhsildə teatr yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə birləşdirən təlim sistemində müstəqil işlərlə qeyri-müstəqil işlər vahidin tərəfləridir; - bu prosesin imkan daşıyıcılarının sistemi təhsildə teatr sənətinin ifadə vasitələri və fəaliyyətlərin idarə edilməsi yolları yaradıcı fəaliyyətlərin optimal münasibətlərinin tənzimlənməsi Müdafiəyə təqdim olunan əsas müddəaları təşkil edir. Problem üzrə dissertant olarak tərəfimdən, müəllimlərin istifadə edəbilməsi üçün 2005-ci ildə Türkiyədə “Çocuk Tiyatrosu və Eğitimdə Tiyatro” adında 174 sayfa həcmində kitap çap ettirilmiştir. Ayrıca təxminən 25 c.v. həcmində tədris vəsaiti və monoqrafiyalar, dərs programları, 6 dan artıq məqalə və tezis çap olunmuşdur. Gəzet jurnallarda reportajlar çap olunmuşdur və televiziyalarda söhbətlər aparılmışdır. Təhsildə teatr esasında səminarlar vərilmişdir. Tədqiqat materialları əsasında hazır-lanmış tövsiyə və müddəalar, müəllimlərin və şagirdlərin fəaliyyətinin nəticələrində etdiyi dəyişiklik öyrənilmiş, faydalılığı eksperiment və təcrübə sınağından keçirilərək təsdiqlənməyə hazır bəklətilməktedir. Dissertasiyanın əsas müddəaları, nəticə və tövsiyyələri Avropa və Türkiyənin pedaqoji kafedralarında müzakirə edilmişdir. Dissərtasiya Azərbaycan Təhsil Problemləri İnstitutlərinin elmi seminarlarında, təhsilin konseptual problemləri şöbələrində, orta ümumtəhsil, texniki-peşə, pedaqoji məktəblərdə, liseylərdə işləyən müəllimlərə və rəhbər işçilərə, ixtisasartırma və yenidən hazırlanma kurslarında müdavimlərə, pedaqoji mək-təblərdə tələbələrə oxunabilir və mühazirələrdə nəzərdən keçirdiyimiz problemin həllinin təlim prosesinin idarə edilməsinin tərkib hissəsi olması və onunla bağlı mühüm məsələlər aydınlaşdırıla bilinər. Respublika, rayon və şahər səviyyəli elmi-praktik konfranslar-da, simpoziumlarda, pedaqoji mühazi-rələrdə və digər kütləvi tədbirlərdə tədqiqatla bağlı məruzələr oxunmusı nəzərdə tutulur. TƏDQİQATIN ƏSAS MƏZMUNU Girişdə problemin aktuallığı əsaslandırılmış, tədqiqatın obyekti, predmeti, məqsədi, vəzifələri, fərziyyəsi, istifadə metodları, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti göstərilmiş, müdafiəyə təqdim olunan müddəalar verilmişdir. Dissertasiyamın I fəsli «Təhsildə Teatr Sənətindən İstifade Etmənin Əhəmmi-yəti» adlanır. Disertasiyada ortaya qoyduğumuz məsələnin pedagoji-təhsil səhəsinin və teatr sənətinin ifadə vasitələri, məqsəd və vəzifələrindəki oxşarlıq-ları araşdırılıb. 1. Fəslin birinci yarımfəslində “Təhsildə Teatr Sənətindən İstifadə Etmə” təhsildə teatr sənətinin ifadə vasitələri ilə təlim prosesinin təbiəti, nəzəri esasları, məqsədi, onun mahiyyəti sistem anlayışı vasitəsilə açılır və ona tərif verilir. Yarım Fəsildə teatr sənətindən istifadə yolları daha müfəssəl araşdırılıb. Yarımfəsildə təhsildə teatr çalışmalarında beş hiss, uşaq və teatr əlagəsi, uşağların iştirakı ilə onlara bir pyes göstərmək, İptidai məktəb şaqirdləri üçün uşaq teatrı, yaş qruplarına uygun uşaq teatr tamaşaları, tamaşaçı xususyiyyət-ləri, uşaq teatrının bağça və etüd mərkəzlərində tətbiqi, uşaq tamaşalarında əsərin quruluşu və səhnədə oynanması, uşaq teatrında tamaşaçının yaş grupları-na bölünmesinin vacibliyi müfəssəl haldır. 2. Fəsil “Tələbələrin Təhsil Dövrlərinə Uyğun Teatr Çalışmaları” adlanır. Bu fəsildə şagird və tələbələrin yaş dövrü və psixologiyalarına uyğun yaradıcılıq-larını inkişaf ettirən amillər öz əksini tapmışdır. İkinci Yarımfəsil`də “Təhsildə Teatr Çalışmaları” başlığı altında teatrın təhsildə tətbiqi çalışmalarının proqram numunələri və tələbələrlə konkret bir teatr tamaşası hazırlama forması vərilmişdir. 2.Yarımfəsilin alt maddələrində təhsildə teatr çalışmalarının əvvəllərində isinmə və rahatlanma çalışmalarının formaları, teatr sənətinin təhsilə tətbiqi məşğələləri, haftalara bölünmüş çalışma nümunələri, qarşıya çıxabiləcək problemlər və həlli yolları və çalışma növləri haqqında geniş məlumat verilmişdir. Dissertasiyada pedaqoqun təlim prosesində təhsildə teatr çalışmalarının formalarının xüsusiyyətlərini, qarşılıqlı əlaqələrini bilməsinin, bunlardan məqsədə-uyğun şəkildə istifadə etməsinin zəruriliyi göstərilir və bu zəruriliyin vəhdət təşkil edən aşağıdakı səbəbləri ayırd edilir : (1)- Bütün dərs fənnlərinin məzmununu təşkil edən biliklər və onların mənimsənilməsi üçün fəaliyyət üsulları müəyyən formada təqdim olunur; - təlim prosesində şagirdlərin yaradıcı fəaliyyətinin hər bir formasının səciyyəvi xüsusiyyətlərini, yaradıcı strukturunda həmin elementin yerini və funksiyasını bilməklə tənzimləmək mümkündür; -(2) biliyin formasından asılı olaraq onun əldə olunmasına yönələn yaradıcı fəaliy-yətin yaradıcı növlərinin münasibətləri dürüstləşdirilir; - fənnin məzmunu-nu təşkil edən bilik və fəaliyyət üsulları yaradıcı prosəsin müəyyən forma və metodlarından istifadə etməklə əldə oluna bilir. Tədqiqatda belə bir arqument də irəli sürülür ki, müəllim və şagirdlərin təlim fəaliyyətlərinin, yaradıcılıq qabiliyyətlərinin və müstəqilliklərinin formalaşması-nın məqsədyönlü şəkildə istiqamətlənməsi elmi biliklərin sistemi və onların inkişaf məntiqini nəzərə almağı tələb edir. Həmin yollarda istifadə zamanı fənnin məntiqinə, şagirdlərin inkişafına, məntiqin qanunlarına istinad olunur və bu irada müəllimin hazırlığı, peşəkarlıq (1) Rasim Aşın, Çocuk Tiyatrosu ve Eğitimdə Tiyatro -Salihli, 2005 - S.62 (2) Göstərilən esər, s.64 səviyyəsi, şərait (təlim prosesinin gedişinə təsir edən) qiymətləndirilməlidir. Təlimin məntiqi əsasları və onların gözlənilməsi şagirdlərin əqli fəaliyyətinin yaradıcı növlərinin optimal uzlaşmasını şərtləndirən amillərdə biridir. (3) Yarımfəslində təlim materialının məzmununu özündə əks etdirən fənnin, tədrisetmənin, mənimsəmə prosesinin, təhsildə teatr çalışmalarının, fəaliyyətlə-rin məntiqinin, şagirdlərin məntiqi təfəkkürün inkişaf səviyyəsinin diqqət mərkəzində saxlanılmasının vacibliyi göstərilməktədir. Təlimin məntiqinin müəllim, tədris materialı və şagird arasındakı əlaqə ilə şərtləndiyi qeyd olunmaqla onun obyektiv cəhətini doğuran səbəbi ayırd edilir. Dissertasiyada problemin pisixoloji və praxtiki əsasları nəzərdən keçirilir. Dissertasiyada təhsildə teatr çalışmaları prosesində qarşıya çıxabiləcəq prob-lemlərə də toxunulmuşdur. (4) Uşaqlar və tələbələr üçün tövsiyə olunan çalışma nümunələri aktual olan mövzulardan seçilmişdir. Gündəlik əlaqələrdə bədən dili və ifadə formaları üzərinə də yozum yapılmışdır. Təhsildə teatrla göstərilir ki, pedaqoji ədəbiyyatda təlimin müəllim tərəfindən bilik və fəaliyyət üsullarının hazır şəkildə ötürülməsi, hafizəyə daha çox üstünlük verilməsi əsasında cərəyan edən, təhsilin ilk iki səviyyəsi əhatə olunan, şagirdlərin yaradıcı fəaliyyətləri üçün önəmli funksiyalar daşıyan alt sistemin mükəmməl təlim sistemi ilə eyniləşdirilməsi cəhdi bəşərin təcrübəni əldə etməsinin formalaş-mış yollarına ziddir. Təlimin mükəmməl sistemi üçün səciyyəvi olan və əhəmiyyəti danılmaz olan qarşılıqlı əlaqədə fəaliyyət göstərən bir sıra vəzifələrin həyata keçməsinə yönələn funksiyaları həmin altsistem səmərəli şəkildə daşıya bilmir. Təlim prosesində ehtiva olunan problemlərin səviyyəsində teatr, məntiqlərin yerini şərtləndirir. Şagirdlərin yaradıcı prosəs fəaliyyəti zamanı müxtəlif mərhələlərin mövcudluğu bir çox amillərdən asılıdır. Bunlardan aşağıdakıları fərqləndirmək mümkündür: problemliliyin səviyyəsindən; şagirdlərin müstəqillik dərəcəsindən; müəllimin nəzəri və praktik hazırlığından. (5) Təcrübədən əldə olunmuş materialların ümumiləşməsindən görünür ki, müəllimlərimiz problem situasiyası vasitəsi ilə yaradıcı tələbatı yaradarkən əsasən üç məqsəd güdürlər: - yeni biliklərə yiyələnməyi və qazanılmış bilikləri fəaliyyət üsullarını yeni tanış olmayan situasiyada tədbiq etməyi öyrətmək; - bilikləri yaradıcı şəkildə tədbiq etməklə onları şagirdlərə mənimsətmək; - yaş və bilik səviyyələri nəzərə almaqla şagirdləri müvafiq elmi tədqiqat materiallarını müstəqil tədqiqinə hazırlamaq. Təlim probleminin qoyuluşunda bir sıra məntiqi qaydalar gözlənilməlidir. Teatr fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sistemi təlim texnologiyalarının tetbiq olunmasına açıqdır. Lakin məsələnin praktik həlli üçün bir sıra şərtlər ödənilməlidir. Bunlara aşağıdakılar aiddir: - pedaqoji (3) Abdulla Mehrabov, İlham Cavadov, “Ümumtəhsil Məktəblərində Monitorinq və Qiymətləndirmə” Bakı, Mütərcim-2007, s.65 (4) R. Aşın “Çocuk Tiyatrosu ve Eğitimde Tiyatro” Salihli, 2005, S.76 (5) Bak: “Təhsilin Aktual Probləmləri” Tərtib edən: prof.Y.Ş. Kerimov,Mütərcim, 2007 yenilik kimi dəyərləndirilən və faydalılığı arqumentləşdirilən texnologiya üçün səciyyəvi sayılan əlamətlər təlim sisteminin təbiətinə zidd olmamalı; təlim sisteminə daxil edilməsi nəzərdə tutulan texnologiya altsistemlərin təkmilləşdiril-məsinə və onların uzlaşmasına yönəlməlidir; tətbiq olunacaq texnologiya təlim sisteminin imkan daşıyıcılarının funksiyalarının daha səmərəli şəkildə həyata keçməsinə yönəlməli və onların daxili əlaqəsini pozmamalıdır. Təlim materialının məzmunu təlim layihəsinin ən mühüm imkan daşıyıcıla-rındandır. “Təlim materialının məzmunu” dedikdə şagirdə “nəyi öyrətmək, nəyi aşılamaq lazımdır?” sualına verilən cavab başa düşülür. Təlim materialının məzmunu özündə əsasən dörd elementi: 1) biliklər sistemini 2) bacarıq və vərdişlər sistemini 3) yaradıcı fəaliyyət təcrübəsini 4) münasibətlər sistemini əhatə edir. Yarımfəsillərdədə əsaslandırılır ki, təlim materialının məzmunu yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən sistemin təhsilləndi-rici, tərbiyələndirici və inkişaf etdirici funksiyalarına istiqamətlənməlidir. II fəslin növbəti yarımfəslinin bəndində təhsildə teatr çalışmalarında istifadə olunabiləcəq bir başqa metod olan “Forum teatrı” ələ alınmış və açıklanmışır. Forum teatrı vasitələri sistemi yaradıcı fəaliyyətlərin optimal münasibətlərini özündə ehtiva edən təlim sisteminin təbiətindən asılı şəkildə interpretasiya olunabiləcəği üzərində durulur. “Forum Teatrı” ilə priyom anlayışı, şagirdlərin təlim fəaliyyətinin idarə olunan prosesə çevrilməsində forum teatrının rolu onların inkişaf etdirilməsi və s. ilə bağlı mövcud pedaqoji fikirlərə münasibət bildirilir. (6) II fəslin ikinci yarımfəslinin bəndlərində irəli mərhələ təhsildə teatr tətbiq nümunələri ilə mövzularda məsələ, məsələ situasiyası, məsələ ilə subyekt arasındakı münasibətləri stasionarlığı və problemliyi, problemlə məsələ arasın-dakı əlaqə və s. bu kimi vacib anlayışlara şərhlər verir. Göstərilir ki, məsələlərin problemli və qeyri-problemli, mətinli və qeyri mətinli, çevrilmiş və çevrilməmiş, açıq və qapalı, standart və qeyri standart və s. tipolo-giyaları praktik cəhətdən o qədər də faydalı deyildir. Məsələlərin təsnifatını əsasına təlim prosesinin məntiqinin və şagirdin məsələ komponentlə-rinə münasibətinin qoyulması daha məqsədə müvafiqdir, həm elmi, həm də praktik cəhətdən düzgündür. (7) Əgər məsələyə, onun həllinə, araşdırılmasına təlim prosesində şagirdin fəaliyyətinin idarə olunması vasitəsi kimi baxılırsa, deməli onun seçilib sistemləşdirilməsi və tətbiqi idarəetmə prosesinin məntiqinə uyğun gəlməlidir. Bu halda şagirdlərin yaradıcı fəaliyyətlərini optimal münasibətlərini tənzimləmək və idarə etmək vasitəsi kimi məsələ və onun sistemindən səmərəli şəkildə faydalanmaq mümkündür. İkinci fəslin ikinci yarımfəsl bəndlərində biliklərin tətbiqi, bacarıq və vərdişlərin formalaşdırılmasına yönələn çalışmalar sistemi öz əksini tapmışdır. Biliyin möhkəmləndirilməsinə, yeni şəraitdə tətbiqinə, bacarıq və vərdişlərin (6) Augusto Boal, “Forum Teatr”, Londra, BTA,1998, S. 98 (7) M.M. Mehdizadə “Ümumtəhsil Məktəblərində Təlim-Tərbiyə Prosəsinin Təkmilləşdiril -məsi” Bakı:Maarif, 1998, s. 382 fəallaşdırılmasına yönələn tapşırıqların sistemləşdirilməsində aşağıdakı iki tezis məntiqi əsas kimi götürülməlidir. 1. Möhkəmləndirmə işi mənimsəmə prosesinin bütün mərhə-lələrində diqqət mərkəzində saxlanılmalıdır. Yeni biliyin qazanıl-masında keçmiş təcrübənin zəruri hissəsinin seçilərək istifadə olunması, fəal işlənməsi həmin biliklərin möhkəmləndirilməsinin ən optimal yollarındandır. Bu, şagirdlərin yaradıcı fəaliyyətinin vəhdətinə daha yaxşı şərait yaradır. 2. Bacarıq və vərdişlər biliklərin variativ tətbiqində formalaşır və inkişaf edir. Həmin prosesdə bilik, bacarıq və vərdişlərin dialektik vəhdəti daha yaxşı təmin edilir və bu da onların inkişafını şərtləndirir. II fəslin yarımfəslinə daxil olan bənddə əyaniliyin şagirdlərin teatr fəaliyyətlərinin idarə olunması na tətbiqinin interpretasiyası öz əksini tapmışdır. Təlimdə yaradıcı məsələlərin həllinin xarakteri də şagirdin yaradıcı fəaliyyəti də xeyli dərəcədə sözlə əyaniliyin vəhdət təşkil edən növlərinin tətbiqindən asılıdır. Təlim prosesində şagirdlərin yaradıcı vəhdətinin təmin olunması, bu fəaliyyət növlərinin tənzimlənməsi sözlə əyaniliyin vəhdətdə tətbi-qinə diqqət göstərmək təlabatını meydana çıxarır. Əməliyyat yaradıcı mərhələ-sində şagirdlər təlim materialının məzmununu öyrənir, bilik bacarıq və vərdişlərə yiyələnir. Bu zaman tədrisin əsas məsələsi ayrı-ayrı vəzifələrin ardıcıllığını müəyyənləşdirmək və onları həll etməkdən ibarətdir. (8) Nəzarət-qiymətləndirmə mərhələsində şagirdlər mövzu üzrə öyrəndiklərini ümumiləşdirir, onları özlərinin ümumi bilik və bacarıqlar sisteminə daxil edir, həyata keçirdikləri təlim işini təhlil edir, əsas idrak məsələsini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirir (nəyi necə mənimsəmişlər, məqsədlərinə necə nail olmuşlar və s. məsələləri götür-qoy edir, zəruri təshih işini həyata keçirirlər). Təlim prosesində müəllimin fəaliyyətinin genetik struktur və funksional- struktur modelini fərqləndirmək olar. II fəslin ikinci yarımfəslinin bəndlərində genetik və funksional modellərin ehtiva etdiyi gündəlik əlaqələrdə bədən dili və ifadə formalarına diqqət yönəldilir. Vurğulanır ki, təlim prosesini təşkil etmək mərhələsi üzrə müəllimin fəaliyyət modeli (genetik və funksional) təlim metodla-rının müəyyənləşdirilməsi və sistemləşdirilməsi baxımından həm praktik, həm də nəzəri rola malikdir. Müəllimin fəaliyyət modelinin şagirdin-tələbənin fəaliyyət modeli ilə uyğunluğu öyrətmə və öyrənmə metodlarının uzlaşmasını özündə birləşdirir ki, bu da təlim prosesinin mahiyyəti ilə bağlıdır. (9) Təlim prosesində müəllim və şagirdlərin qarşıya qoyulmuş məqsədə yönələn və onunla nizamlanan fəaliyyətlərinin struktur elementlərinin müxtəlifliyi, eyni zamanda funksional asılılığı, metodların nomenklaturasının müxtəlifliyinə və sistem əmələ gətirməsinin zəruriliyinə əsas verir. Təlim metodunun seçilməsində müəllimin hansı altsistemə üstünlük verməsi-nin mühüm əhəmiyyəti vardır. Təlim metodlarını seçərkən aşağıdakılar da nəzərə alınmalıdır: 1) qarşıya qoyulmuş didaktik vəzifələrə uyğun seçilir; 2) təlim materialının təhlili (anlayış üzrə, psixoloji, məntiqi və s.) əsasında (8) A. Mehrabov, Z. Zeynalov, R. Həsənov “Pedaqoji Texnologiyalar” Bakı, 2006, s.266. (9) Dogan Cüceloğlu “Yeniden İnsan İnsana”Remzi Kitabevi, İstanbul 1998, s.147 müəyyənləşdirilir, onların ardıcıllığı materialın məntiqinə uyğun olur; 3) əldə olan vasitələr diqqət mərkəzinə çevrilir; 4) müəllimin elmi nəzəri hazırlığı, şəxsi və pedaqoji təcrübəsində əhəmiyyətli rol oynayır; 5) müəllim tərəfindən daha bacarıqlı istifadə edilməlidir; 6) şagirdlərin potensial imkanlarına, yaş xüsusiy-yətlərinə uyğun seçilir; 7) təlimin ziddiyətləri və qanuna uyğunluqları əsasında (onlardan irəli gələn prinsiplərin gözlənilməsi ilə) müəyyənləşdirilir. (10) Disertasiyada göstərilir ki, bunlara əsaslanaraq müəyyənləşdirilən metodlar və onların sistemi şagirdlərin teatr fəaliyyətlərinin optimal münasibətlərini şərtləndirməklə yanaşı, şaqird və məktəbliləri həm bəşər təcrübəsini mənimsə-məyə qovuşdurur, həm də həmin təcrübəni yaradıcılıqla, müstəqilliklə inkişaf etdirmələrinə şəraiti yaxşılaşdırır . Dissertasiyda tövsiyə olunan numunələr fəaliyyətlərin optimal münasi-bətlərini özündə ehtiva edən təlim sisteminin mühüm komponenti (imkan daşıyıcısı) olan təşkilat formasının şərhi ilə bağlıdır. Yarımfəsillərin bəndlərində “təlimin təşkili forması” anlayışının interpretasi-yası ilə bağlı baxışlara münasibət bildirilir və o məzmunun mövcudluq üsulu, daxili təşəkkülü, quruluşu kimi təqdim olunur. Göstərilir ki, ümumtəhsil məktəblə-rində təlimin əsas təşkilat forması dərsdir və təlim qarşısında duran əksər vəzifələr dərsdə və ya dərslər sistemində reallaşır. Eyni tipə aid edilmiş dərslərin bir çox cəhətdən fərqləndirilməsi mümkündür. Müəyyən cəhətlərə görə dərs tipini alttiplərinə və növlərinə ayırmaq olar və praktik baxımdan faydalıdır. Xüsusən, şagirdlərin fəaliyyətlərinin əlaqələndiril-məsi nöqteyi nəzərdən dərsin metodik səciyyə üzrə növlərə bölünməsi əhəmiyyətlidir. (11) Yarimfəsillərdə göstərilən numunələr-əlementlər dərsin didaktik vəzifələrinə uyğun olaraq birləşir və dərsin didaktik strukturunu əmələ gətirir. Dərsin didaktik strukturu onun metodik strukturunu müəyyənləşdirmək üçün əsasdır. Burada təlimin inkişaf, təhsil vermə və tərbiyə etmə vəzifələri, eləcə də müəllim və şagirdin fəaliyyət növləri əsaəs kimi qəbul olunmalıdır. Dərsin məntiqi- psixoloji strukturu mənimsəmə prosesinin ümumi məntiqi və yaradıcı əqli fəaliyyətin məntiqi ilə müəyyənləşir. Qeyri problemli dərs tiplərində bunlardan birincisin-dən, problemli dərs tiplərində isə hər ikisindən danışmaq lazım gəlir. Disertasiyada dərsə verilən tələblər üzərində dayanılır. Göstərilir ki, dərs təlimin əsas təşkilat forması olduğundan dərsdə onun bütün qanunauyğunluq-ları gözlənilməlidir. (12) Eyni zaman da dərs təlimin zamana və məkana görə nisbətən bitmiş bir hissəsi olduğundan ona verilən tələbləri ümumi (digər formalarda da nəzərdə tutulan) və spesifik olmaqla iki qrupa ayırmaq mümkün-dür. Onları həm də ideoloji, didaktik-psixoloji, gigiyenik baxımdan qruplaşdır-maq olar. Dərsdə qarşıya qoyulmuş məqsədin hər bir şagird və tələbəninin məqsədinə çevrilməsi vacibdir. Şagird və tələbələr biliyi və fəaliyyət üsullarını əsasən hazır (10) Selahattin Dikmen “Sınıf Öğretmeni Rehberi”Ankara, 2004 s.45 (11) Cynthia Mc Gregor – Rasing A Creative Child, Londra, 1999, S.246 (12) Akif Abbasov “Pedaqogika” Bakı, 2007, s.17 informasiya qəbul etmək, bərpaedici fəaliyyət göstərməklə və yaradıcı fəaliyyə-tin nəticəsi kimi əldə edirlər. Bu fəaliyyət növləri vahid əqli fəaliyyətin tərkibləri kimi üstünlüyə malikdir, lakin onların vəhdəti pozula bilməz, əks halda təlimin nəticələri uğurlu ola bilməz. Dərsdə şagirdlərin analitik və yaradıcı fəaliyyət-lərinin vəhdəti təmin olunmalıdır. Bu isə bir çox amillərlə yanaşı məzmun, metod və vasitələrin uzlaşması ilə də şərtlənir. Müəllimin teatr sənətinin ifadə vasitələrindən istifadə edərəq dərsə hazırlan-ması və dərsin planlaşdırılması məsələləri yarımfəsillərin bəndlərində öz əksini tapmışdır. Problemlərlə əlaqədar pedaqoji fikirlər ümumiləşdirilərək planlaşma-nın məqbul hesab edilən nümunələri təqdim olunur. Disertasiyanın yarımfəsilləri pedaqoji eksperiment və onun nəticələrinə həsr edilmişdir. Eksperimentə aşağıdakı məsələlər qoyulmuşdur: 1. İddiaçı tərəfindən təbiəti açıqlanmış teatr-yaradıcı fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən sistemin tələbə-şagirdlərin bilik, bacarırıq və vərdişlərinin, tərbiyəsinin və təfəkkürünün inkişafına təsirini müəyyənləşdirmək 2. Nəzəri əsasları müəyyənləşdirilmiş sistemin altsistemlərinin (şagirdlərin yaradıcı fəaliyyətinin tənzimlənməsi yollarının) xüsusiyyətlərinin və əlaqələrinin açılmasının müəllimlərin fəaliyyətinin keyfiyyətinə təsirini öyrənmək. Təbiəti müəyyənləşdirilən sistemin komponentlərinin (imkan daşıyıcılarının) xüsusiy-yətlərinin sistem təhlili ideyası əsasında açıqlanmasının müəllimin idarəetmə fəaliyyətinin keyfiyyətinə təsirini müəyyən etmək. 3. Şagirdlərin yaradıcı fəaliyyətinin optimal münasibətlərinə yönələn müstəqil işlərin sistemini səmərə-lilik baxımından öyrənmək. Məktəbin məqsədi uşaqların beynini, teatrın məqsədi isə onların ürəyini öyrətməkdir. Təhsildə teatrın funksiyası teatr sənətçisi yetişdirmək deyil, sabahın insanlarının müxtəlif peşələrdə yaradıcı olmalarına çalışmaq, dolayısı ilə cəmiyyətin mədəni və mənəvi baxımdan zənginləşməsi üçün köməklik göstərməkdir. Teatr vasitəsilə uşaqlarımıza, gənclərimizə, bu dünyanı və insanları, bütün ziddiyyətləri, gözəllikləri, çirkinlikləri göstər-mək, onları sabahın dünyasını qavramaları üçün hazırlaşdırmaq təhsilin əsas prinsiplərindən biri olmalıdır. Məqsədim teatrın düşüncəni nümayiş etdirən, konkret hala gətirən özəlliyindən yararlanaraq, içində yaşadığımız dünyanı bir daha yaradaraq onlara yenidən baxmaq, görmək, araşdırmaq, sorğulamaq, getdikcə bu çalışma dairəsində tənqidi şüur qazanmaq və qazandırmaqdır. Qazanmaq və qazandırmaq ifadələrini xüsusilə bir yerdə işlədirik, çünki hər çalışma yeni bir macəra, yeni təcrübələrlə yeni yaradıcıların ortaya çıxdığı qarşılıqlı bir paylaşma müddətidir… Uşaq iştirakçılar qədər onların pedaqoqu da bu müddət içində yeni şeylər kəşf edir. Digər tərəfdən bir başqa təməl hədəf isə nəticəyə çatmaq yox, hadisəni göstərməkdir. «Təhsildə teatr» başlığının altında gizli qalan tamaşaya yönəlik anlam bu çalışmalar üçün keçərli deyildir. Başlanğıcda dilə gətiriləcək bir tamaşa gözlənilən məqsədin ilk gündən etibarən deyil, nəticədə həyata keçməsinə səbəb ola bilər. (18) Ancaq dönəm sonunda əgər istək olarsa, (ümumiyyətlə, uşaqlar il sonunda ailələrinə konkret bir şeylər göstərmək istəyirlər) son bir-iki çalışma bunun üçün planlaşdırıla bilər və bir tamaşa təqdim edilə bilər. «Teatr korlar üçün bir rəsmdir», - deyən Valera Novarina «Sözün əvvəlində artistə məktub» kitabında təhsildə teatrla maraqlananlara hərəkət nöqtələrinin nələr olmasının lazımlığına diqqəti çəkir. (19) Mən də teatrı baxmaq, görmək, ifadə edə bilmək və bir addım o tərəfə gedərək tənqidi şüur qazanmaq, hər nə olursa-olsun, bizə verilənləri qəbul etmədən öncə (18) Rasim Aşın “Çocuk Tiyatrosu ve Eğitimde Tiyatro” Salihli, 2005-s.163 (19) Valera Novarina «Sözün əvvəlində artistə məktub» İstanbul, 2002, s.124 şübhələnmək, sorğulamaq vərdişi qazanmaq və qazandırmaq məqsədi ilə hərəkət edirəm!.. Təhsildə teatr çalışmalarının məqsədlərini bu şəkildə xülasə etmək mümkündür: - Uşaqlara ilk teatr təcrübəsini qazandırmaq və sabahın tamaşaçısını yetişdirmək, yəni onların tətbiqi sənətlərlə əlaqə qurmalarını reallaşdıraraq estetik zövqlərini inkişaf etdirmək; eyni zamanda əyləndirərək boş vaxt keçirmək, öyrətmək və tamaşa vərdişlərini dəyərləndirmək, bənzərini yaratmağa yönəltməkdir. Eyni zamanda sosial bir funksiya daşıyan bu teatrla zövq verməklə yanaşı, həm də öyrətməkdir. Əyləncə elementləri daşıyan və uşağın «sərbəstliyini hədəfləyən yeni, həqiqi, sosial və tənqidi» teatr yaratmaqdır. Artıq oturaq bir təşkilat halına gəlmiş bu teatrları uşağın ehtiyaclarını nəzərdə tutan, barmaq silkələmədən öyrədən, yaşadığı cəmiyyəti və onun şərtlərini anlamasına və dəyərləndirməsinə yardımçı olan «antiavtoritar» bir teatr anlayışı ilə əvəz etməkdir. Pedaqoq olan bəzi dövlət adamlarımızın haqlı olduğunu qəbul etməklə yanaşı, mən də onlara gec də olsa, təhsildə teatr və uşaq teatrında ixtisaslaşmağa çalışan və bunun önəminə inanan fanatik bir pedaqoq, teatr rejissoru və uşaq teatrında ixtisaslaşan bir teatr sənətçisi kimi cavab vermiş oluram; İnternet şəbəkəsi Avropadan dünyaya yayıldığına və orada arzuladığımız keyfiyyətdə uşaq teatrları varlıqlarını saxlaya bildiklərinə görə, bizim ölkə uşaqları üçün (internetin mövcudluğuna əsaslanaraq) təhsil sistemində və teatrda görüləcək daha çox işimiz və vaxtımız var, olmalıdır. Gələcəyimizi daha yaşanıla bilən hala gətirməyin yollarından biri, əlbəttə ki, uşaqlarımıza daha yaxşı bir təhsil və uşaq teatrı təqdim edə bilməkdir. RESUME Professional development and specialization of teachers by using theatre profession in the education. Drama functions through improvisation and dramatic activities. If the expression devices of culture, and art branches, specially theatre profession are used expediently at the education, it can play an important role in the solution of educational problems. Paying attention to useful activities realised by the organization of Azerbaijan theatre men with the ministry of education, I consider the realization of suggestion takes place in my scientific dissertation expedient. I want the Lesson prosess to be organized with new principles at all classes of the schools and all courees of the universities. To pass the lesson via theatre profession thet we suggested has been intented not only for today? Also for a long period of time. Theatre prosses I offered in the education that takes plece at my scientific dissertaction must be payed attention carefully. Lokking forward, considering the development of our nation in the future lets organize the theatre prosses in the educatuion and apply it. Azerbaijan education has been passing its reform years since going its independence as the other btanches. From this view point applying the expression devias of the theatre profession in the education is one of the best ways to goin high quality. The approval of development program of the schools of general education connected with reforms of Azerbaijan schools predicts a new development in the education history. The basic idea of teatr-dramatic education is that the child learns about himself/herself and the world around him/her from his/her experience of “role-taking”; dramatic activity is an effective and natural method of learning. Drama functions through improvisation and dramatic activities. From the first decades of the twentieth century, dramatic education has become increasingly widespread especially in Great Britain and America. At the same time, while drama has been growing steadily, different approaches, techniques and activities have been adopted in its use. Meanwhile some other countries, especially Canada and Australia produced their pioneers, who began to adapt the methods to their situation. In this article it is tried to clarify these methods briefly and to do so essentially in a chronological order reflecting the ways in which dramatic education has developed historically. In the second part of the article, the two major approaches in Dramatic Education–drama as an art form and drama as a teaching tool-are tried to be examined through the investigation of the pioneers.. The thesis is dedicated to the definition of substantials of optimal relations of algorithmic and heuristic activities, theaters plays in the training process. The research shoüs that the observance of philosophic, methodological, logical and psychological substantials of optimal relations of algorithmic and heuristic teatr activities in the training process exerts sound influence on its effect rise. The research results are generalized and summarized in the conclusion. Considereration of the training as a system in the research work is a new approach ın dıdactıcs. Throught thıs approach there was opened the nature of the system, reflectıng optimal relations of algorithmic and heurıstıc theatr activities of pupils, were determined the specifications of components, was cleared up the correlation between the ındependent and nondependent works, was opened the essence of a number pedagogical categories. Application in the pedogogical research of the idea of system analysis resulted to removal unilateral concepts of trainig, found the place in theory that in its turn enriched the system op pedagogical knowladge. Deployment of the natura of the training system, reflecting optimal relations of algorithmic and heuristic theatr actıvities of pupils, facilitates the work of control from the practical point of view. Even more substantials mastering the categorical traing apparatus on the base of argument of probability was put in the fore-front. It has in turn, important theoretical and practical sense. For the receipt of the results the methods of research were used as a system and number of problems were put to the test during the experiment, which gives the exact idea about the reliability of the results of the research. ƏDƏBİYYAT SiYAHISI 1. B.Russel, Eğitim Üzerine, Çev. N. Bezel, Say, yy. II.Basım, İstanbul, 1993, s.101 2. M. B. Hasanov- Məktəbdə Texnikadan istifadə esasları -1996, Bakı, s.134 3. Aqustin Boal, Forum Tiyatrosu, M. Boyut yayınevi, İstanbul, 1999- s.56 4. M. Hemzeyev - Yaş ve Pedogoji Psikologiyasının Esasları, Bakı, 2003, s.79 5. EM. Quliyev. Kiçik məktəblinin psixologiyası. Bakı-ADPU, 2003 s.54 6. İ. İsmailov- C.Abdullayev–Təlimin Təkniki Vasitələri və Yeni İnformasiya Texnologiyaları. Tədrisdə onlardan istifadə Metodikası-ABU, Bakı, 2006, s.78 7. Rasim Aşın - Çocuk Tiyatrosu ve Eğitimde Tiyatro Salihli, 2005, s.114 8. T. Üstündağ -Yaratıcı Drama Öğretmeni Günlüğü, PegemA, Ank-2001,s.65 9. Selahattin Dikmen-Örneklerle Eğitim-Öğretim Plan. Rehberi, Ankara-2001, s.76 10. Atalay Yörükoğlu, Çocuk ve Ruh sağlığı, İş Bank yy., Ankara, 1978, s.19 11. İnci San, Sanatsal Yaratma ve Çocukta Yaratıcılık, Ankara, 2004, s.4 12. Sigmund Freud - Toplum Psikolojisi – Cem Yayınevi- 2001, İstanbul, s.139 13. İlham Rehimli - Dramaturgiya ve Teatr - Az. Işık yay. Bakı, 1984, s.143 14. J.C. Friedrich Von Schiller, İnsanın Eğitimi Üzerine Bir Dizi Mektup, Çev. Melahat Özgü, II.Basım, M.E.yy., 1965, s.45-48 15. Kemal Aytaç, Avrupa Eğitim Tarihi, II. Basım, D.T.C.F. Ankara, 1980, s.240 16. İsmail Tunalı, Estetik, Cem Yayınları, İstanbul, 1979, s.139-141 17. İhsan Turgut, Sanat Felsefesi, I.Basım, Karınca Matbaası, İzmir, 1990, s.149 18. Bedri Karayağmurlar, Sanatta Yaratıcılık ve Eğitim, Yüksek Lisans Tezi, D.E.Ü. Buca Eğitim Fak. İzmir, 1990, s.188-193 19. Carl Gustov Jung - Bilinç ve Bilinçaltının İşlevi- İstanbul, 2000 s.141 20. Jozeph Huzinga - Homo Ludens- İstanbul, 2002, s.133-137 21. Haluk Yavuzer, Resimleriyle Çocuk, III. Basım, Remzi Kitabevi, İst.,1993 22. M.B.Həsənov-Məktəblrdə Visual Matərialrın Didaktik Əsasları, Bakı, 2003 23. S.Xəlilov–Təhsil,Təlim, Tərbiyə.“Azərb. Universiteti” nəşriy.Bakı, 2005 24. İnci San, "Yaratıcı Drama-Eğitsel Boyutlar", İzmir I.Eğitim Kongresi Bildirileri D.E.U. Buca Eğitim Fak.yy., 1991, s.358 25. John İrwing - Oyun ve Gerçeklik İstanbul, 2003, s.56 RASİM AŞIN (ALİ İHSAN oğlu) Paylaş Tweet |
Tiyatro Kursu Başlıyor! 19 Kasım'dan itibaren her SALI Kadıköy'de! Çalışanlara yönelik hobi sınıfı! Duyuru Panosu!
Son Eklenen Tiyatro Oyunları
Güncel Yazılar
Yazar olmak ister misiniz? Yazar olarak tiyatrodunyasi.com ailesine katılmak, yazılarınızı yüzbinlerce tiyatroseverle paylaşmak isterseniz tiyatrodunyasi@tiyatrodunyasi.com adresine mail gönderebilirsiniz...
Güncel Haberler
Tiyatro Dünyası'nı takip Edin | .. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|